!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərzanidən çağırış: “Şimali İraqı tərk edin”

!Reklam – Yazi

104410_res_01 (1)İraqın kürd regionunun prezidenti Məsud Bərzani PKK-nı dinc əhali arasında da ölümə səbəb olan Türk hava hücumundan qorunmaq üçün İraqın şimalını tərk etməyə çağırıb.

Bərzaninin bu çağırışı Türk Silahlı Qüvvələrinin PKK terror təşkilatının İraqın şimalındakı düşərgələrində keçirdiyi hava əməliyyatlarından bir neçə saat sonraya təsadüf edir. Əməliyyatlar nəticəsində Zarkel kəndində 6 nəfərin öldüyü deyilir.

Bərzaninin bu çağırışından öncə İraqın kürd regionunun xarici əlaqələrlə bağlı rəhbəri Falah Mustafa Bakir PKK-nı Türkiyə hakimiyyəti ilə əldə olunmuş atəşkəs haqda sazişi pozması ilə bağlı tənqid edib. Bakir onu da deyib ki, Türkiyənin hava hücumuna keçməsi müvafiq cavab deyil və İraq iki tərəf arasında qalıb.

Türkiyə hərbi hava əməliyyatlarına keçməsini Kürd yaraqlı qrupundan öz polis zabiti və əsgərlərinin öldürülməsinə görə qisas alması ilə əsaslandırıb. (azadliq.org)

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv