!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərzanidən Türkiyəni qəzəbləndirəcək daha bir addım

!Reklam – Yazi

Şimali İraqda keçiriləcək referendum siyasi əlaqələrlə yanaşı biznes sahəsində də gərginliklər yaradır. Belə ki, yük maşınlarının sürücüləri qorxduqları üçün bölgəyə getmək istəmirlər.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Şimali İraq və Türkiyə arasında yaranan referendum anlaşılmazlığı iqtisadi əlaqələri iflic edir. Türkiyənin ən əhəmiyyətli ixracat bazarlarından biri olan İraqda vəziyyət hər gün daha da çətinləşir. Belə bir zamanda İraq Regional Kürd Hökuməti ixracatçıların qarşısına daha ağır şərtlər qoymağa başlayıb. 1 iyul 2017-ci il tarixindən etibarən qüvvəyə minən qərar gömrük prosedurlarını çətinləşdirir, əlavə vaxt və maliyyə israfına səbəb olur. Belə ki, oyuncaqdan tutmuş kosmetik vasitələrə, ev əşyalarından tutmuş elektronik cihazlara qədər hər bir məhsul üçün lisenziya tələb edilir və tək-tək yoxlamadan keçirilir.

Prosedurda yaradılan çətinliklərə baxmayaraq, Türkiyə öz mövqeyində qətiyyətlə dayanıb. Hazırda İraqla ticarətin məhdudlaşdırılmasının qarşısını almaq üçün alternativ yollar axtarılır. Habur keçid məntəqəsinin bağlanması və əvəzində Əsəndərənin daha aktiv fəaliyyət göstərməsi də alternativlər arasındadır.

Qeyd edək ki, bundan sadəcə bir neçə il əvvəl Türkiyənin Şimali İraqda 1500-dən çox şirkəti var idi. Lakin regionda iqtisadi təhlükəsizliyin və siyasi sabitliyin təmin olunmaması şirkətləri bu bölgədən geri çəkilməyə məcbur etdi. İndiyə qədər türk şirkətlərinin ümumilikdə 1,5 milyard dollarlıq pulu geri ödənilməyib.

Buna baxmayaraq, İran və Türkiyə gömrüyü aktiv şəkildə çalışarsa, yaranan gərgin vəziyyətdən daha az zərərlə çıxmaq mümkün ola bilər.

www.yenicag.az

901
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv