!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərzaninin "müstəqillik referendumu" rədd edildi

!Reklam – Yazi

İraq Məclisində müzakirəyə çıxarılan “müstəqillik referendumu” səs çoxluğu ilə rədd edilib.

Yenicag.az xəbər verir ki, İraq Regional Kürd hökümətinin 25 sentyabra planlaşdırdığı “müstəqillik referendumu” İraq parlamentindən keçməyib.

Anadolu Agentliyinə açıqlama verən Şiə Milli Koalisiyasının millət vəkili Əli Safi, “Kürdüstan referendumu”nu səs çoxluğu ilə rədd etdiklərini söyləyib. Onun sözlərinə görə, qərara etiraz edən kürd deputatlar iclası tərk ediblər.

Qeyd edək ki, İraqın baş naziri Heydər Əl İbadi də Bərzaninin referendum qərarını “konstitusiyaya zidd addım” adlandırmış və nəticələri tanımayacaqlarını bildirmişdi.

www.yenicag.az

4187
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv