Beş dünya çempionatında qol vurmuş Ronaldo tarixə düşdü

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Qətərdə keçirilə dünya çempionatında rekordları sıralayır.

Yenicag.az xəbər verir ki, 37 yaşlı forvard bu dəfə Qana millisilə matçın 65-ci dəqiqəsində penaltidən qol vuraraq çıxış etdiyi 5 dünya çempionatlarında qol vuran yeganə futbolçu olub.