Beş gün əvvəl itkin düşən kişi görün haradan tapıldı

Qazaxda itkin düşən şəxs tapılıb.

Yenicag.az xəbər verir ki, rayonun Kosalar kənd sakini, 1949-cu il təvəllüdlü Pənahov İsman Rəsul oğlu huşsuz vəziyyətdə Bala Çaylı kəndinin yaxınlığında olan qəbiristanlıqdan tapılıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir./APA/