!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Beş gündür reanimasiyada olan Xalq artistinin SON DURUMU: “Həkimlər deyir ki…” - AÇIQLAMA

!Reklam – Yazi

Dekabrın 2-si axşam saatlarında təcili xəstəxanaya yerləşdirilən Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilov kritik durumdan çıxsa da, vəziyyəti stabil ağır olaraq qalır.

Bunu qarmon ifaçısının qızı Həcər İsrafilova Yenicag.az-a açıqlamasında deyib.

O, atasının hələ də reanimasiyada olduğunu bildirib:

“Atam artıq beşinci gündür ki. reanimasiyadadır. Həkimlər onun kritik durumdan çıxdığını bildirib. Xəstəxanaya gəldiyimiz ilk gün onun komaya düşmək ehtimalı var idi, şükür ki, bunu adlatdı. Dializ xəstəsi olmaq ehtimalı daha yoxdur. Amma hələ də səhhəti stabil ağır olaraq qalır”.

Həcər İsrafilova atasının iki gündür ki, qida qəbul etmədiyini, nəhayət bu gün yemək yediyini deyib:

“Atam iki gündür dilinə heç nə vurmurdu. Bu gün südlü sıyıq yeyib. Hətta zarafatla deyib ki, bu nə sıyıqdır, mənə verirsiz, özünüz yeyin. Hələ ki, biz onu görə bilməmişik, çünki həkimlər buna icazə vermir”.

Cəvahir

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv