“Bəs mənim hüququm?!”-Fotolar

12309021_1075776662467043_1320533584_nPrezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Cənub Regional Televiziya şirkətinin və Lənkəran şəhər Gənclər və İdman idarəsinin tərəfdaş təşkilatçılığı ilə Aysel Babazadənin “Bəs mənim hüququm?!” adlı qısametrajlı filmin təqdimatı baş tutub. Təhsildən yayınaraq məcburi əməyə cəlb olunan məktəbli uşaqdan bəhs edən film Salyanda məktəblilər qarşısında nümayiş olunub.

Film real hadisələr əsasında ekranlaşdırılıb. Valideyinlərinin təkidi ilə dərsdən yayınaraq əməyə cəlb olunan Arif öz yaşıdları kimi çiynində çanta məktəbə yollanmaq,təhsil almaq arzusundadır. Amma valideyinlərini arzusu övladlarının gətirdiyi qazancı yeməkdir. 12 yaşlı məktəblinin küçədə, çiynində şəkərbura satmaq yox parta arxasında oturub təhsil almaq haqqı var. Çox böyük təəssüf hissi qeyd etmək lazımdır ki, cəmiyyətdə öz övladlarının gələcəyini düşünməyən bu tip valideyinlər var. Filmin adından da bəlli olur ki, Arif valideyinlərinə səslənir “Bəs mənim hüququm?!”.

Filmin nümayişinin noyabr ayına təşkil olunması əbəs yerə deyil. Bütün dünyada olduğu kimi Azərbaycanda da 20 noyabr tarixi uşaq hüquqlarının müdafiəsi günü kimi qeyd olunur. Məhz bu filmdə uşaqların öz hüquqlarının bilməsi istiqamətində ən yaxşı vasitədir. Hər kəs bilməlidir ki, Azərbaycan Respublikasında təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirməkdir. Təbiidir ki,bu gün hansısa yollarla təhsildən yayınan məktəbli, gələcəkdə bir sıra pis vərdişlərə və xoş olmayan mühitdə böyüyəcək.

Filmin təqdimatı növbəti günlərdə Lənkəran,Masallı,Biləsuvar və Neftçala rayonlarında təqdimatı olacaq.