“Azərsu” ASC abonentlərinə xəbərdarlıq edib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu M.Cəlal və H.Seyidzadə küçələrindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün ərzində Nəsimi rayonunun bəzi ərazilərinə – 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.