Beş otaqlı ev kül oldu

İmişli rayonunun Hacırüstəmli kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yaxınlıqda yığılan ot bağlamaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.