Beş partiyanın səlahiyyətli nümayəndəsi qeydə alındı

Azərbaycanda yanvarın 29-da keçirilməsi qərara alınan bələdiyyə seçkilərində beş partiyanın səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında müzakirə aparılıb.

MSK katibi Arifə Muxtarovanin təqdimatına əsasən Yeni Azərbaycan Partiyasının, Milli İstiqlal Partiyasının, Böyük Quruluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.