Beş yaşlı uşaq hovuzda boğuldu – Şirvanda

Şirvanda azyaşlı hovuzda boğulub.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Şirvan sakini, 2017-ci il təvəllüdlü Allahverdiyev Ruslan Samir oğlu valideyn nəzarətindən yayınaraq hovuza düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.