“Beşbarmaq dağı” ilə bağlı QƏRAR

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun vəzifələri və fəaliyyət istiqamətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir; Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir; Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır, Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırır və həyata keçirir; Qoruq ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyatın hərəkətini müvafiq qaydada təşkil edir, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzi ilə birgə qanunvericiliyə uyğun qaydada tədbirlər görür; tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Qoruqları İdarəetmə Mərkəzinə təqdim edir. Layihələr Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edildikdən sonra Qoruqları İdarəetmə Mərkəzinin, Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir; Qoruq öz sərhədləri və mühafizə zonası daxilində abidələrin, tikililərin bərpası və təmirinin planlaşdırılması və təşkili üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir. Qoruqları İdarəetmə Mərkəzi həmin işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görür; Qoruq Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir; Qoruğun elmi fondu müddətsiz saxlanılır; Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür; Qoruq ərazisində turizmin inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən olunması və bununla bağlı infrastrukturun yaradılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir; adılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir; Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, müvafiq elmi təşkilatlarla birgə elmi tədqiqatlar və araşdırmalar təşkil edir, abidələrin aşkar edilməsi və öyrənilməsi üçün mütəxəssisləri cəlb edir; hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Dövlət Turizm Agentliyi üzrə nəzərdə tutulmuş vəsait dairəsində abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, Qoruqları İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatların nəşri üçün müvafiq tədbirlər görür; Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji qazıntı işlərinin aparılmasının təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Qoruğun ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Dövlət Turizm Agentliyində qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı Qoruğun ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri Qoruğun fonduna təhvil verilir; Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür; fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir. Elmi tədqiqatların aparılması metodlarının Qoruğun xüsusi rejiminin tələblərinə zidd olmaması şərtilə hazırlanmış təkliflər Qoruqda tətbiq edilə bilər.

Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb.