!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bəsdir daha, sanki Mübariz İbrahimov ölüb..." - Ginekoloqun ölümünə reaksiya

!Reklam – Yazi

Azərbaycanın tanınan cərrah mama-ginekoloqu Səbinə Mirzəyevanın ötən gün qəfil ölümü onu sevənləri dərin kədərə boğdu.

Yenicag.az xəbər verir ki, istər sosial şəbəkədə, istərsə də mətbuatda Mirzəyevanın ölümü ilə bağlı xeyli məlumatlar, statuslar paylaşıldı.

Onun yaxşı həkim olduğu, xeyli qadına kömək etdiyi bildirildi. Kimisi profil şəklinə Səbinə Mirzəyevanın fotosunu qoydu, kimisi də onunla bağlı xatirəsini bölüşdü.

Lakin jurnalist Əfruzə Ağayeva genekoloqun ölümünün şişirdildiyini düşünür. O, şəxsi “instagram” hesabında məsələyə belə münasibət bildirib:

“Bəsdi də daha … Elə bil şəhid basdırmısınız. “Facebook”, “instagram”- a girmək olmur. Nə xəbərdi axı ?! Elə bil Mübariz İbrahimov ölüb, bu nə bayağılıqdır axı … Anladıq anadır, həkimdir, az-maz tanınmış simadır bəlkə də çox yaxşı insan idi … Amma Səbinənin son paylaşımı, Səbinənin uşaqları ilə fotosu, Səbinə son dəfə kimi doğuzdurdu nə gündəyik axı biz ?! Niyə beləyik? Kimdir axı Səbinə? Hər kəs kimi həkim. Nə verib Azərbaycan mədəniyyətinə, tibbinə ? Anladım bir az tanınırdı, qəfil ölüb, bunu bir xəbər etdiz bəsdir də, niyə belə şişirdirsiniz ? Yerin cənnət olsun, Səbinə xanım. İP üçün can verən jurnalistlər imkan versələr, o dünyada rahat yatacaqsan! Allah rəhmət eləsin! İnsanın ölümünü bu qədər adiləşdirməyin, onun da ailəsi, balaları var”.

www.yenicag.az

12924
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv