!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bəşər Əsəd könüllü getməsə, zorla göndəriləcək”

!Reklam – Yazi

c663a340e75ed5de74962a64f48318b7“Bəşər Əsəd öz vəzifəsini tərk etməlidir, əks halda, o, güc yolu ilə hakimiyyətdən uzaqlaşdırılacaq”.

Bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl Cubeyr Nyu Yorkda ölkəsinin müttəfiqləri ilə keçirdiyi görüşdən sonra bildirib.

Nazir Rusiyanın “İŞİD“lə mübarizədə Bəşər Əsədə kömək etmək üçün beynəlxalq koalisiya yaradılması barədə çağırışını rədd edib. O, vəziyyətdən yeganə çıxış yolunun Suriya prezidentinin hakimiyyətdən getməsi olduğunu deyib: “Suriyada Əsəd üçün bir gələcək yoxdur”.

Əl Cubeyrin fikrincə, Suriyadakı problemin tənzimlənməsinin iki yolu var: “Ən əlverişli variant keçid şurasının yaradılmasını nəzərdə tutan siyasi prosesdir. Digər variant isə yenə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnəcək hərb yoludur”(APA).

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv