Suriya prezidenti Bəşər Əsəd yaxın vaxtlarda Donald Trampla görüşün mümkünsüz olduğunu hesab edir.
Yenicag.az xəbər verir ki, o, bu fikirləri jurnalistlərin suallarını cavablandırarkən bildirib:
“İstənilən görüş nəticəyə hesablanmalıdır, amma stabil və adekvat olmayan bir siyasətçi ilə nəyəsə nail olmaq mümkün deyil”, – deyə Suriya lideri qeyd edib.
“Biz hesab edirik ki, ABŞ-ın istənilən prezidenti idarə olunur. Həmişə belə olub. Ən azı son 40 il – Niksonun vaxtlarından bu günə qədər belədir. Ona görə, ABŞ prezidenti ilə görüşüb hər hansı məsələyə nail olmaq mümkün deyil. Onların müstəqil fikri olmur, Konqress, yaxud başqa qüvvələr tərəfindən idarə olunurlar”, – deyə Əsəd fikrini izah edib.
ABŞ prezidentinin onu “heyvan” adlandırması ilə bağlı jurnalistin sualına isə Əsəd: “Bu ritorika Amerika mədəniyyətinə uyğundursa, buyursun. Dünyada bu cür dildən istifadə edən bir cəmiyyətin olduğunu düşünmürəm”, – deyə cavab verib.
Zaur H.