Bəşəriyyət üçün faciə yaxınlaşır – XƏBƏRDARLIQ

Keçən il Yerin temperaturu 3 milyon ildə rekord həddə çatıb”.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş “Petersberq İqlim Dialoqu” forumunda deyib.

Onun sözlərinə görə, atmosferdəki karbon dioksidin konsentrasiyası ən yüksək səviyyəyə qalxaraq sənaye öncəsi səviyyəsini 148% üstələyib.

Quterreş bildirib ki, bu, Yerin temperaturun 3 dərəcə artdığı, dəniz səviyyəsinin 15 metr olduğu son 3 milyon ildə ən yüksək göstəricidir.

“Mövcud öhdəliklərə uyğun olaraq, hələ də əsrin sonuna qədər fəlakətli 2,4 dərəcə istilik artımına doğru irəliləyirik. Uçurumun astanasındayıq”, – deyə Quterreş əlavə edib.