Dünya əhalisinin sayının 100 milyonadək azalacağı iddia edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Kolumbiya Universitetindən Uilyam Riz “World” elmi jurnalında məqalə yayımlayıb.
Bəşəriyyətin demoqrafik partlayış-eniş dairəsinin xarakteristik dinamiklərini sərgilədiyini bildirən araşdırmaçı qlobal iqtisadiyyatın daralmasının qaçılmaz olduğunu və 21-ci əsrdə böyük “demoqrafik islah” yaşanacağını iddia edib.
Riz həmçinin vəziyyəti dəyişmək üçün hələ də imkanlar olduğunu vurğulayıb.