Bəşəriyyəti gözləyən yeni TƏHLÜKƏ – Bill Qeyts açıqladı

“Microsoft”un banisi, Amerika sahibkarı Bill Qeytsin bəşəriyyəti gözləyən yeni qlobal təhlükənin mövcudluğu barədə xəbər verib.

Yenicag.az xəbər verir ki, Qeyts bəşəriyyəti yeni təbii kataklizmlərin gözlədiyini bildirib.

“Koronavirus pandemiyası zamanı olduğu kimi, çoxsaylı insan qurbanları olacaq”, – iş adamı deyib.

O, iqlim dəyişikliyini və bioterrorizmi böyük təhlükə adlandırıb.

“Bütün bəşəriyyətə geniş ziyan vurmaq istəyən hər kəs yeni bir ölümcül virus yarada bilər”, – “Microsoft”un qurucusu bildirib.

Daha əvvəl Bill Qeyts COVID-19 pandemiyasında iştirakını təkzib edib. Sosial şəbəkələrdə və onlayn mediada onun pandemiyanın başlanğıcında iştirakı haqqında iddialar irəli sürülüb. Lakin Bill Qeyts bunları təkzib edib. Sahibkar bildirib ki, pandemiyada əli olması barədə fikirlər axmaqlıqdır./Report/