“Beşiktaş” 3 xalı 3 qolla qazandı – VİDEO

Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, ötən mövsümün qalibi “Beşiktaş” bu gün meydana çıxıb. İstanbul təmsilçisi səfərdə “Osmanlıspor”la qarşılaşıb. “Qartallar” paytaxt təmsilçisi ilə dueldən çətin qələbə ilə ayrılıb.

Bu qələbə sayəsində xal ehtiyatını 68-ə çatdıran “Beşiktaş” lider “Qalatasaray” (72) və ikinci pillədəki “Başakşəhər”in (69) ardından üçüncü sırada qərarlaşıb.

Türkiyə Super Liqası
33-cü tur
11 may

“Osmanlıspor” – “Beşiktaş” 2:3
Qollar: S.Gürler, 6; 56 – A.Karaer, 47-avtoqol. M.Pektemek, 51. V.Lav, 80.