“Beşiktaş” azarkeşlərini daşıyan avtobus aşdı – Yaralılar var

Türkiyə Super Liqasının hesabat turunda keçirilən “Antalyaspor” – “Beşiktaş” (1:2) matçından qayıdan “qara-qartallar”ın azarkeşləri qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, fanatları daşıyan avtobusun aşması nəticəsində 8 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.