İstanbulun “Beşiktaş” klubu baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb.
Yenicag.az xəbər verir ki, Türkiyə klubu bunu uğursuz nəticələrlə əlaqələndirib.
İstanbul nəhəngi rəsmi saytı vasitəsilə Avcı ilə vidalaşdığını bəyan edib:
“İdarə Heyətimiz Abdullah Avcı ilə yolları ayırmaq qərarına gəlib. Ona xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.
Qeyd edək ki, Avcı İstanbul nəhəngi ilə ötən mövsüm müqavilə imzalamışdı. (oxu.az)