“Beşiktaş” da “Qarabağ”ın futbolçusu ilə maraqlanır

Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Səməd Aybaba “Qarabağ”ın futbolçusu Juninyonu izləmək üçün Almaniyaya gedəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Fotospor” məlumat yayıb.

Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer 04”-“Qarabağ” görüşünə tribunadan baxacaq.

Qeyd edək ki, “Bayer 04”-“Qarabağ” görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

COP29