Almaniya mətbuatı “Beşiktaş”ın iflas etməkdə olduğunu yazıb.
Yenicag.az xəbər verir ki, Bild nəşri “Beşiktaş”ın iflasla üz-üzə olduğu haqqında xəbər yayıb. Xəbərdə İstanbul klubunun əsas futbolçularının məvaciblərini almadıqları üçün komandadan ayrıldıqları, prezident və baş məşqçi arasında anlaşılmazlığın olduğu yazılıb.
Bundan başqa, xəbərdə, yayda Türkiyə futbolunda böyük dəyişikliyin ola biləcəyi bildirilir./goal.az/