Türkiyə Super Liqasında 2016/2017 mövsümünün çempionu bəlli olub.
Yenicag.Az xəbər verir ki, “Beşiktaş” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
Hesabat turunda səfərdə “Qaziantepspor”u 4:0 hesabı ilə məğlub edən “qara-qartallar” sona bir tur qalmış ən yaxın izləyicisi “Başakşəhər”i 4 xal qabaqlayaraq 15-ci çempionluğunu qazanıb.
Qeyd edək ki, İstanbul təmsilçisi bu çempionluq sayəsində formasına 3-cü ulduzu əlavə edib.
Yenicag.Az