Futbol üzrə Türkiyə Superkubokunun qalibi məlum olub.
Yenicag.az xəbər verir ki, çempionatın qalibi “Qalatasaray”la kubokun qalibi “Beşiktaş” üz-üzə gəlib.
Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşma “Beşiktaş”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Çiro İmmobile (2 qol 1-ci və 47-ci dəqiqələr), Yonas Svensson(53), Rafa Silva (90+1) və Mustafa Hekimoğlu (90+2) vurublar.