Reklam

Reklam

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, Türkiyənin “Beşiktaş” klubu 1/8 finalda Almaniya nəhəngi “Bavariya” ilə qarşılaşacaq.

Püşkatmadan sonra sosial şəbəkədə indidən İstanbul təmsilçisinə “keçmiş olsun” deyənlər var.

Almaniyanın “Bild” nəşri belə, püşkə görə Xabi Alonsoya xəbərin başlığında təşəkkürünü bildirib.

Bütün bunlara cavab olaraq “Beşiktaş” rəsmi “Twitter” səhifəsində maraqlı paylaşım edib.

İstanbul təmsilçisi Almaniyanın “Leypsiq” klubunun futbolçusu Timo Vernerin şəklini paylaşaraq, “Bizi ondan soruşun” tvitini atıb.

Qeyd edək ki, ÇL-in qrup mərhələsi çərçivəsində İstanbulda keçirilən “Beşiktaş” – “Leypsiq”‘ matçında Timo qulaqlarının azarkeş səsindən tutulduğunu bildirərək, texniki zonadan pambıq istəmişdi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3937
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.