“Beşiktaş”dan inamlı qələbə – VİDEO

Futbol üzrə Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, son gündə ötən mövsümün qalibi “Beşiktaş” doğma meydanda “Kayserispor”la qarşılaşıb. İstanbul nəhəngi bu görüşdə inamlı qələbə qazanıb.

Türkiyə Super Liqası
32-ci tur
7 may

“Beşiktaş” – “Kayserispor” 2:0
Qollar: Toşiç, 31. Adriano, 45.