“Beşiktaş”dan növbəti transfer

Türkiyənin “Beşiktaş” klubu heyətini braziliyalı futbolçu ilə gücləndirib.

Yenicag.az xəbər verir ki, söhbət Vaqner Lavdan gedir. Bu keçid üçün İstanbul təmsilçisi “Alanyaspor”a 3 milyon avro ödəyib. Futbolçu ilə isə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “sambaçı” Super Liqada meydana çıxdığı 42 oyunda 33 qol vurub.

COP29