Türkiyə Superkubokunun növbəti qalibi məlum olub.
Yenicag.az xəbər verir ki, həlledici matçda “Beşiktaş” və “Antalyaspor” komandaları qarşılaşıb.
Qarşılaşmada ilk qol İstanbul təmsilçisindən gəldə də, komanda hesabdakı üstünlüyünü qoruya bilməyib. Oyunun 1:1 hesabı ilə başa çatdığından matçın taleyi penaltilər seriyası ilə müəyyənləşib. Penaltilər seriyasında “Beşiktaş” daha üstün olub: 4:2.