Futbol üzrə Türkiyə Super Liqasında 19-cu tura start verilib.
Yenicag.az xəbər verir ki, turun ilk oyununda son çempion “Beşiktaş” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb. İstanbul nəhəngi bu oyundan Anderson Taliskanın dublu sayəsində qələbə ilə ayrılıb – 2:1.
Bu qələbədən sonra xallarının sayını 36-ya çatdıran “Beşiktaş” dördüncü pillədə qərarlaşıb. “Kasımpaşa” isə 22 xalla 11-cidir.