“Beşiktaş”dan şok qərar: Yarıda qalan derbidən imtina etdi

“Beşiktaş” Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən və başa çatmayan “Fənərbaxça” ilə cavab qarşılaşmasına dair gözlənilməz qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, ötən gün Türkiyə Futbol Federasiyasının çıxardığı qərara əsasən, İstanbul derbisi təxirə salındığı 57-ci dəqiqədən etibarən, azarkeşsiz davam etdirilməli idi. Qarşılaşma mayın 3-də davam etdiriləcəkdi.

Lakin “Beşiktaş” bu gün gözlənilməz bəyanat yayıb. Bəyanatda bu komandanın oyunu davam etdirməkdən imtina etdiyi açıqlanıb.

Bu komandalar arasındakı ilk qarşılaşmada 2:2 hesabı qeydə alınmışdı.

COP29