!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Beşiktaş”ın Azərbaycanda oyunu baş tutacaqmı? – AFFA-dan rəsmi açıqlama

!Reklam – Yazi

besiktasTürkiyə mətbuatında yayılan məlumata görə, “Beşiktaş” və “Bursaspor”klubları Azərbaycanda görüş keçirəcəklər.

“Beşiktaş”ın prezidenti Fikrət Ormanın sözlərinə görə, yanvar ayının əvvəllərində baş tutacaq görüş möhtəşəm və özəl olacaq.

Klub rəhbəri bildirib ki, “Bursaspor”un prezidentinin ona müraciətindən dərhal sonra Azərbaycan tərəfindən matçın tarixinin dəqiqləşdirilməsini xahiş ediblər.

Baş tutacaq oyunla bağlı AFFA ilə əlaqə saxladıq. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu Yeniçağ.az-a bunları dedi:

“AFFA-ya bu barədə heç bir rəsmi məlumat daxil olmayıb. Əgər belə bir iş görmək istəsələr öncə klublarla razılaşmalıdırlar, sonda isə federasiya təsdiq edir. Təbii ki, bu cür oyunun ölkəmizdə keçirilməsi bizim üçün də xoş olardı”.

Aygün İlqarqızı
Yenicag.Az

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv