“Beşiktaş”ın istədiyi futbolçu “Ayaks”dan ayrıldı

Serbiyalı futbolçu Duşan Tadiç “Ayaks”dan ayrılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 34 yaşlı vingerlə müqaviləyə xitam verilib.

Qeyd edək ki, D.Tadiç 2018-ci ildə İngiltərə “Sauthempton”undan “Ayaks”a keçib. Onun karyerasını Türkiyənin “Beşiktaş” klubunda davam etdirəcəyi gözlənilir.