“Beşiktaş”ın prezidenti Bakıya gəlir

Sabah Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman Bakıya gələcək.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, səfər Azərbaycanda olan “Beşiktaş” azarkeşləri ilə görüş üçün nəzərdə tutulub.

Səfər çərçivəsində Fikrət Ormanın iştirakı ilə futbol turniri də keçiriləcək. Bundan başqa məcburi köçkünlərin övladlarına “Beşiktaş” formaları hədiyyə ediləcək.

Klub prezidenti axşam İstanbula geri dönəcək.

Emin Səfərov