“Beşiktaş”ın prezidenti istefa verdi

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Hasan Arat istefa verib.

Yenicag.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Funksioner öz qərarı ilə postunu tərk edib.

Qeyd edək ki, Hasan Arat 2023-cü ilin dekabrından “Beşiktaş”ın prezidenti vəzifəsində çalışırdı.

COP29