Beşiktaşlı futbolçu Demet Özdemirlə barışmaq istədi: “Məni bezdirir”

Beşiktaşlı futbolçu Oğuzhan Özyakup ötən il sevgili olduğu Demet Özdemirlə barışmaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, futbolçu keçmiş sevgilisini unuda bilməyib ona dəfələrlə zəng edib.

Məsələyə münasibət bildirən aktrisa futbolçunun onu bezdirdiyini və bundan narahat olduğunu bildirib.

Son belə hadisə isə, film çəkilişi zamanı baş verib. Futbolçunun zəngi ilə səbr kasası daşan Özdemir “bir də mənə zəng eləmə” deyərək telefonu söndürüb. Bu hadisəyə, aktrisanın film ortağı Can Yaman da şahidlik edib.

Özdemirlə sevgili olduğu iddia edilən Can Yaman, “Əgər birdə belə bir hadisə olarsa, onunla mən danışacam” – deyə bildirib.

COP29