Beşmərtəbəli binada yanğın

Bakıda səhər saatlarında yanğın faktı qeydə alınıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, şəhərin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri 10 p.m yanıb. Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Məlumata görə, elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.