ABŞ polisi üzgüçülük üzrə beşqat dünya çempionu olan rusiyalı idmançı Yuliya Yefimovanı Los-Ancelesdə saxlayıb.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun ictimai yerdə özünü olduqca sərbəst aparması, qeyri-etik davranışı olub.
Daha sonra 25 yaşlı idmançı 5 min dollar müqabilində buraxılıb.
Qeyd edək ki, yerli KİV-lər Kaliforniyada yaşayan idmançının qəzaya səbəb olması barədə məlumatlar yaymışdı.