!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Beşqat dünya çempionumuzdan növbəti qələbə

!Reklam – Yazi

Karatenin “brilliant oğlanı”, azərbaycanlı idmançı Rafael Ağayev daha bir uğura imza atıb.

Yeniçağ.az xəbər verir ki, Rafael Ağayev İstanbulda keçirilən Bosfor Boğaz turnirində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, turnir ərzində 5 döyüş keçirib. Çox ağır keçən final görüşündə də rəqibini üstələyən “Brilyant oğlan” qızıl medalı boynundan asıb.

Qeyd edək ki, Rafael Ağayev karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb.

Yeniçağ.az

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv