Suriyadakı rejimin başçısı Bəşşar Əsəd və həyat yoldaşı Əsma Əsəd koronavirusdan sağalıblar.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı B.Əsədin mətbuat xidməti yayıb.
Bildirilib ki, B.Əsəd və həyat yoldaşının COVID-19-la bağlı qan analizlərinin nəticəsi mənfi olub. Ona görə də onlar kanartin rejimindən çıxıblar.
Qeyd edək ki, B.Əsəd və həyat yoldaşının virusa yoluxması xəbəri martın 8-də yayılmışdı.