!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bəstəkar telekanalları YIXIB-SÜRÜDÜ: “Elə bil toyxanadı” - ÖZƏL

!Reklam – Yazi

“Bu gün hərbi-vətənpərvər ruhda mahnılara ehtiyac var, amma nədənsə, belə musiqilər eşidilmir, telekanallarda yalnız toy mahnıları səsləndirilir, elə bil toyxanadır”.

Bu sözləri Yeniçağ.az saytına açıqlamasında əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbər söyləyib.

T.Əkbər xalqın belə mahnılara ehtiyac duymadığını deyib:

“Türkiyədə hərbi-vətənpərvər ruhunda olan musiqilər kütləvi şəkildə sevilir və dinlənilir. Amma bizdə belə mahnıları yalnız xüsusi anım günlərində eşitmək olar. Gənc nəsil Vətəni, torpağı sevmək üçün vətənpərvər musiqilərlə ruhlanmalıdır. Müğənnilər belə mahnılara pul vermək istəmirlər, çünki bu mahnılara görə cibləri dolmur axı. Onlara mahnılar toy tutmaq üçün lazımdır”.

Əlaqədar qurumlara səslənən məşhur bəstəkar çıxış yolunu da göstərib:

“Bəstəkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi telekanallarla birgə hərbi-vətənpərvər mahnılar üçün müsabiqələr elan etməlidir. Amma bir şərtlə ki, obyektivliyə riayət olunsun. Ad çəkməyəcəm, bir neçə il bundan əvvəl belə bir müsabiqə keçirildi, amma təsadüfü adamlar qalib gəldi. Hesab edirəm ki, sözügedən ittifaq tərəfindən bəstəkarlar üçün əsərlər sifariş olunmalıdır. Çünki bu mahnıların ərsəyə gəlməsi üçün pul lazımdır. Elə özümü misal çəkirəm, bir mahnının oranjemanı üçün nə qədər pul lazımdır, o da məndə yoxdur. Urəyimiiz doludur, bəstələmək istəyirik, amma imkan yaradan yoxdur”.

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv