!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Betonqarışdıran maşın "VAZ"ın üstünə aşdı - Fotolar

!Reklam – Yazi

Bakıda metronun “Koroğlu” stansiyasının yaxınlığında betonqarışdıran maşın sürücünün ehtiyatsızlığı səbəbindən aşıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektindən Ziya Bünyadov prospektinə dönən yolda qeydə alınıb.

“Bakı Metropoliteni” QSC-yə məxsus, 90 JZ 947 dövlət nömrə nişanlı, “Man” markalı avtomobil İlman Abbasovun idarə etdiyi “VAZ 2107” markalı, 90 BA 041 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb.

Betonqarışdıran maşının sürücüsü İlqar Bayramovun yüngül xəsarət aldığı bildirilir.

***

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bir qədər əvvəl metronun “Koroğlu” stansiyasının yaxınlığındakı yolda hərəkətdə olan betonqarışdıran maşın “VAZ 2107” markalı minik avtomobilinin üzərinə aşıb.

Hadisə nəticəsində betonqarışdıran maşının sürücüsü, 54 yaşlı Bayramov İlqar Sadıq oğlu xəsarət alıb.

O, 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.

Qəza yerinə polis əməkdaşları cəlb olunub.

www.yenicag.az

5600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv