!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bəxt üzüyü 2”nin qala gecəsi - FOTOLAR

!Reklam – Yazi

“Planet Parni iz Baku” komandasının lentə aldığı “Bəxt üzüyü 2” filminin qala gecəsi keçirilib.

Yenicag.az xəbər verir ki, filmin qala gecəsində xalq artistləri, aktyorlar Rafael Dadaşov, Afaq Bəşirqızı, Valeh Kərimov, Arif Quliyev, xanəndə Mənsum İbrahimov, müğənni Aygün Kazımova, Brilliant Dadaşova, bəstəkar Eldar Mansurov, əməkdar artistlər Tahir və Cabir İmanovlar, Bəhram Bağırzadə və digər məşhurlar iştirak edib.

Tahir və Cabir İmanov qardaşları növbəti dəfə tamaşaçıların zövqünə cavab verən bir film ortaya çıxarıb. Filmdə əməkdar artist T.İmanovun “Söylü”nün oğlu Xoşbəxt, C.İmanov isə onun Rusiyada bizneslə məşğul olan qardaşı Fedot obrazını canlandırıb. Hər iki obraz tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Bəxt üzüyü” filminin davamı olan yeni versiyada Rafael Dadaşov, Afaq Bəşirqızı, Valeh Kərimov, Tahir və Cabir İmanov qardaşları və digər aktyorlar rol alıb.

Cəvahir
Foto:Cəmalə

www.yenicag.az

5623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv