“Bəxt üzüyü”nün Sevdası vəfat etdi – FOTO / VİDEO

Tanınmış aktrisa Firəngiz Rəhimbəyova vəfat edib.

Yenicag.az xəbər verir ki, aktrisanın yaxınları sosial şəbəkədə məlumat verib.

Uzun illərdir ABŞ-də yaşayan aktrisa 62 yaşında vəfat edib.

Qeyd edək ki, bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru “Bəxt üzüyü” filmindəki Sevda rolu gətirib.