“Bəxtimiz gətirdi” – Skripal sui-qəsdən sonra ilk dəfə danışdı – VİDEO

Martın 4-də İngiltərənin Solsberi şəhərində atası-Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalla birgə sinir iflicedici maddə ilə zəhərlənən Yuliya Skripal sui-qəsd cəhdindən sonra ilk dəfə müsahibə verib.

Yenicag.az xəbər verir ki, 20 gün komada yatdıqdan sonra ayılan Yuliya video müraciətində qeyd edib ki, sui-qəsd cəhdindən sağ çıxdıqları üçün bəxtləri gətirib.

Rusiya səfirliyinə yardım təklifinə görə təşəkkürünü bildirən Yuliya Skripal buna ehtiyac olmadığını bildirib. 33 yaşlı qadın gələcəkdə ölkəsinə dönməyə ümid etdiyini nəzərə çatdırıb.

Qeyd edək ki, Sergey Skripal mayın 18-də, qızı isə aprel ayında xəstəxanadan buraxılıb. Britaniya hökuməti onların zəhərlənməsində Rusiyanı ittiham etsə də, məsələylə bağlı tutarlı dəlil göstərə bilməyib.

COP29