“Bəxtiyar Hacıyev ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırıb”.
Yenicag.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.
“Hazırda səhhəti normaldır, həkim nəzarətilə qidalanmağa başlayıb. Ona dəstək olan hər kəsə minnətdarlığını bildirdi”, – deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq.