Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Yenicag.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəhakom Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Vəkillər Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatət veriblər.
Daha sonra vəkillər Bəxtiyar Hacıyevin ittiham olunduğu 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə), 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittihamınma) maddələri ilə ittihamlara xitam verilməsinimistəyiblər.
Vəkillər Cinayət Məcəllədinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə əmin araşdırılması istəyiblər. Lakin bu ittihamlara Bəxtiyar Hacıyev özünü təqsirli bilməyib.
Bakı şəhər Baş Polis İdarəsini. müstəntiqi Samir İsmayılovun, 38-ci polis bölməsinin yəqəhüoqatçşsı Pünhan Əbilov, həkim ekspertin dindirilməsi istənilib.
Məhkəmə bütün vəsatətləri təmin etməyib. Məhkəmə baxışı yanvarın 19-a təyin olunub.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.
İyunun 16-da Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Noyabrda isə ona daha bir ittiham verilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.
Bəxtiyar Hacıyevi. işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayevdir.
Adları çəkilən şəxslərin hər ikisi Yasamal rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıb. /demokrat.az