Bəy səhvən qayınatası ilə evləndi

Manisa şəhərinin Soma qəsəbəsində tragikomik hadisə baş verib.

Yenicag.az xəbər verir ki, 35 yaşlı Zəkəriyyə Karataş 25 yaşlı nişanlısı Gülşah Yılmaz ilə nikaha daxil olmaq istəyib. Lakin nikahı rəsmiləşdirən məmur səhvən şəhadətnaməyə gəlinin atası 56 yaşlı Müzəffər Yılmazın adını yazıb.

Nikah şəhadətnaməsindəki səhvi evə gəldikdən sonra görən cütlük şoka düşüb. Rəsmi olaraq qaynatası ilə evləndirilən bəy yanlışlığın düzəldilməsi üçün nikah dairəsinə müraciət edib.

COP29