Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bəyanatdakı müəmma - Sülh müqaviləsi, yoxsa təslimçilik?

Reklam: Sinerji Pro

Yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş olub.

Görüşdən sonra yayılmış bəyanatın “…nazirlər Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məsələləri müzakirə ediblər və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsi zərurəti barədə razılığa gəliblər”, hissəsi birmənalı qarışlanmayıb.

XİN başçılarının görüşü və səsləndirilən bəyanatdakı fikrə təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Yenicag.az-da münasibət bildirib.

Xalqların sülhə hazırlanmasının yeni fikir olmadığını deyən İlham İsmayıl qeyd edib ki, bu məsələ adətən sülh müqaviləsindən sonrakı prosesdir:

“Sülh müqaviləsi bağlanmamış sülhə hazırlamaq bəd xəbərə hazırlamaq deməkdir. İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi bağlanmışdı. Ancaq xalqlar bir-biri ilə münasibətlərə hazır deyildilər. Çünki yara çox təzə idi. Zaman keçdi, barışıq əldə olundu. Bizdə sülh müqaviləsi bağlanmamış, sülhün şərtləri bəlli olmadan xalqı sülhə hazırlamaq şübhə doğurur. Düzdür, bəyanatda “xalqlar” deyilir. Ancaq bilirik ki, ermənilər Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Ermənistan cəmiyyətində, siyasi dairələrində tam aydındır ki, heç bir torpaq itkisi ola bilməz. Əgər bizi konstruktiv sülhə hazırlayırlarsa, bu o deməkdir ki, Ermənistan cəmiyyətini torpaq güzəştinə hazırlayırlar. Yəni, 7 rayonun qaytarılmasına. Azərbaycanı da Dağlıq Qarabağın müstəqilliyinə hazırlayırlar. Bu yeni şərt deyil, bu şərt Madrid prinsiplərindən mövcuddur. Madrid prinsiplərinin şərtlərindən birində “xalqları müqəddəratını həll etməyə hazırlamaq” lazımdır deyilirdi. Ancaq Madrid prinsiplərində dəqiq göstərilirdi ki, əvvəl 5 rayon qaytarılır, sonra 2 rayon qaytarılır, sonunda isə müstəqillik haqqında referendum keçirilir və hər iki tərəf də referendumun nəticələrini tanıyır”.

İlham İsmayıl bildirib ki, 1999-cu ildə də Dağlıq Qarabağın müstəqilliyinə cəhd edilib:

“1999-cu ildə belə bir addımın atılması haqqında məlumatımız var idi. ABŞ-ın dövlət katibi Madlen Olbraytın təzyiqləri ilə Azərbaycan və Ermənistan tərəfi bu cür saziş imzalamağa hazırlaşırdılar. Cenevrədə Köçəryanla görüş ərəfəsində Azərbaycanda Prezident Aparatında keçirilən Təhlükəsizlik Şurasında Dağlıq Qarabağın güzəşt edilməsi məsələsi xalqa məlum oldu. Həmin hadisədən sonra ard-arda istefalar oldu. Öncə Vəfa Quluzadə, ondan bir qədər sonra isə Eldar Namazov və Tofiq Zülfüqarov istefa verdi. 2000-ci ildə də belə bir məsələnin olmasını Köçəryanın kitabından öyrəndik.

Madrid prinsiplərindən sonra 2011-ci ildə Kazanda buna yenə yaxınlaşılmışdı. Yenə də Dağlıq Qarabağa müstəqillik verilməsi məsələsi müzakirə olunurdu. İlkin razılıq da var idi. Sonradan məlum oldu ki, Azərbaycan tərəfinin bəzi tələbləri olub, erməni tərəfi bunu qəbul etmədikdə, Azərbaycan tərəfi görüşdən yarımçıq çıxıb. Yəni, xalqları sülhə hazırlamaq dedikdə kiminsə itirməyi nəzərdə tutulur”.

Sonda İlham İsmayıl qeyd edib ki, “bizi təslimçi sülhə hazırlaşdırırlar”:

“Əgər belə deyilsə və mən səhv edirəmsə – ümid edirəm səhv edirəm – Xarici İşlər Nazirliyi sülhün şərtlərini xalqa çatdırmalıdır. Biz təslimçi sülhə razı olmayacağıq. Qarabağın 7 rayonu və 1 milyondan çox əhalisi var. Qarabağın ərazisi və əhalisi BMT-nin bir çox dövlətlərinin ərazisi və əhalisindən çoxdur. Biz hamılıqla Qarabağ, Azərbaycan üçün ölümə getməyə hazırıq”.

Səxavət Məmməd

www.yenicag.az

1842
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM