!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bəyannamə hər hansı ölkəyə qarşı deyil" - Türkiyədən tarixi sənədə MÜNASİBƏT

!Reklam – Yazi

“Şuşa Bəyannaməsi gələcəyə işıq tutan yol xəritəmizdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də imzaladıqları Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunan Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç səsləndirib.

Hulusi Kılıç Şuşa Bəyannaməsinin iki ölkənin qardaşlıq nümunəsi olduğunu söyləyib:

“Şuşa Bəyannaməsi tarixi, siyasi olmaqla yanaşı, həm də Azərbaycan və türkiyə arasında bu günə qədər imzalanmış ən önəmli sənəddir. Bəyannamə bizim gələcəyə işıq tutan yol xəritəmizdir. Qars müqaviləsinə və Ulu öndər Heydər Əliyevlə Atatürkün sözlərinə də yer verilmiş Bəyannamə gələcəyimizi aydınladacaq. Sənəddə bütün sahələrə – siyasi, iqtisadi, təhsil, mədəniyyət, hərbi əməkdaşlıq sahələrinə toxunulmaqdadır. Bununla belə Bəyannamədə təsbit edilən ən önəmli məsələlər hərbi əməkdaşlıq, iki ölkə ordularının birlikdə daha da gücləndirilməsi, Qafqaz bölgəsində və qlobal olaraq əməkdaşlığa önəm verilməsi, eyni zamanda qonşu ölkələrlə münasibətlərin daha da yaxşılaşdırılması, Zəngəzur dəhlizinin açılması, BMT, AŞ və İTT kimi təşkilatlarda bir-birinin dəstəklənməsi, xarici təhlükələrə qarşı hərbi yardımlaşma məsələləridir.

Bəyannamə hüquqi əsaslara söykənərək hazırlanıb. Bəyannamədə əks olunan məsələləri hər kəs bilməlidir. Bəyannamə hər hansı ölkəyə qarşı deyil. Bu sənəd bizim qardaşlığımızın sübutudur. Müttəfiqlik münasibətlərinin açıq şəkildə qeyd edildiyi bəyannamə soy, dil, din və mədəni birliğimizə əsaslanaraq hazırlanıb. Bu Bəyannamənin Azərbaycan və Türkiyə xalqına, millətimizə, bütün türk dünyasına xeyirli olmasını diləyirəm”.

Aqil Bəkir

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv